logo
Bitkilər – evinizin sakit dostları
    Dostuna e-poçt göndərin

    Ficus Elastica (Kauçuk Bitkisi)

    13.5₼-10% Fərq15.0₼

    Kauçuk Bitkisi qalın, parlaq və rəngarəng yarpaqları ilə seçilən ev bitkisidir. Yarpaqlarının kənarları bəzən krem, bəzən narıncı-qırmızı tonlarda olur. Bitki tropik mənşəlidir, parlaq dolayı işıq şəraitində yaxşı inkişaf edir. Torpaq nəmliliyinə diqqət yetirilməli və çox suvarmadan qaçınılmalıdır. Ev və ofis mühitində dekorativ görünüş və təmiz hava təmin edir.

    Var

    Təxmini boyu:
    Saxsısız 40-45 sm arası, düzgün şəraitdə 2-3 m-ə qədər böyüyə bilər.

    İşıq sevərliyi:
    Parlaq dolayı işıq sevər, birbaşa güclü günəş şüalarından qorunmalıdır.

    Gübrə və dərmanlar:

    • Yazdan payıza qədər ayda 1 dəfə balanslı maye gübrə (20-20-20)
    • Zərərvericilərə qarşı insektisidlər (ağ milçək, qabıqçı, hörümçək gənəsi)
    • Göbələk xəstəliklərinə qarşı fungisidlər

    Suvarılma qaydası:

    • Torpaq üstü azca quruduqda suvarılır
    • Torpaq daim nəmli olmamalıdır, suyun durğunluğu kök çürüməsinə səbəb ola bilər
    • Qışda suvarma azaldılır

    Faydası:

    • Havanı toksinlərdən təmizləyir və oksigen səviyyəsini artırır
    • Stressi azaldır və sakitləşdirici təsir göstərir
    • Ev və ofis mühitində dekorativ və təbii görünüş yaradır

    Rəy yazın

    E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

    Rəy yazmaq üçün linkə daxil olun

    Şəkillər yüklə

    Bu məhsula hələ rəy yazılmayıb.

    Your experience on this site will be improved by allowing cookies.