logo
Bitkilər – evinizin sakit dostları
    Dostuna e-poçt göndərin

    Dracaena fragrans (Dracaena)

    54.0₼-10% Fərq60.0₼

    Drasena bitkisi uzun, şux və bəzən dalğalı yarpaqları ilə tanınır. Otaq mühitində havanı təmizləməkdə çox təsirli olan bu bitki həmçinin dekorativ görünüşü ilə də diqqət çəkir. Drasena müxtəlif növlərdə olur və hər biri ev dekorasiyasına fərqli təravət qatır.

    Var

    Drasena bitkisi az işıqda belə yaşaya bilir, ona görə də ofis və ev üçün ideal seçimdir. Yüngül və orta rütubət sevər. Torpağı nəmli saxlanılmalı, amma su basmamalıdır. Həmçinin, bitkinin zərərvericilərdən qorunması üçün mütəmadi yoxlanılması vacibdir.

    Təxmini ölçüsü:
    Saxsı ilə birlikdə 40-70 sm arası ölçüyə malikdir.

    Baxımı:

    İşıq:

    • Dolayı və ya orta işıqda saxlanmalıdır.
    • Birbaşa günəş işığından qorunmalıdır.

    Suvarma:

    • Torpaq səthi quruduqda suvarılmalıdır.
    • Suvarma çox olduqda kök çürüməsi ola bilər.

    Temperatur:

    • Optimal temperatur 18-24°C arasında olmalıdır.
    • Soyuq hava və cərayanlardan qorunmalıdır.

    Rütubət:

    • Orta səviyyədə rütubət tələb edir, yarpaqlarına mütəmadi nəmləndirmə faydalıdır.

    Torpaq:

    • Yaxşı drenajlı, humuslu torpaq seçilməlidir.

    Gübrələmə:

    • Yaz və yay aylarında ayda bir dəfə balanslı gübrə tətbiq edilməlidir.

    Rəy yazın

    E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

    Rəy yazmaq üçün linkə daxil olun

    Şəkillər yüklə

    Bu məhsula hələ rəy yazılmayıb.

    Your experience on this site will be improved by allowing cookies.