logo
Bitkilər – evinizin sakit dostları
    Dostuna e-poçt göndərin

    Draceana Compacta (Drasena Kompakt)

    216.0₼-10% Fərq240.0₼

    Drasena Compacta — sıx, parlaq yaşıl yarpaqları ilə simmetrik bir forma yaradan, az yer tutan, lakin dekorativ təsiri yüksək olan tropik bitkidir. Həm ev, həm də ofis üçün mükəmməl uyğunlaşır. Havanı təmizləməsi və minimal qulluqla uzunömürlü olması onu çox sevilən bitkilər sırasına daxil edir.

    Var

    Təxmini Hündürlük

    Hazırda: 110-120 sm

    İşıq Tələbatı

    • Parlaq, dolayı günəş işığını sevir
    • Birbaşa günəş işığında yarpaqlar yanar
    • Kölgədə yaşaya bilir, lakin böyüməsi zəifləyə bilər

    Suvarma

    • Torpağın üstü quruduqda suvarılmalıdır
    • Yayda: 6–8 gündə 1 dəfə
    • Qışda: 10–14 gündə 1 dəfə
    • Artıq su kök çürüməsinə səbəb ola bilər

    Temperatur və Rütubət

    • Optimal temperatur: 18–26°C
    • Orta rütubət sevir
    • Quru havalarda yarpaqların ucları qəhvəyi ola bilər, buna görə bəzən spreyləmək faydalıdır

    Torpaq və Saksı

    • Drenajlı, torflu və yüngül torpaq
    • Dibində delik olan saksı istifadə edilməlidir

    Budama və Baxım

    • Qurumuş və saralmış yarpaqlar təmizlənməlidir
    • Kompakt formasını qorumaq üçün aşağıdan çıxan yan budaqlar budana bilər
    • Ayda bir dəfə yarpaqlar silinərək parlaqlıq saxlanıla bilər

    Faydası və Əlavə Məlumat

    • Formaldehid və digər toksinləri udaraq havanı təmizləyir
    • Az işıq və su ilə də uzun müddət yaşaya bilir

    Rəy yazın

    E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

    Rəy yazmaq üçün linkə daxil olun

    Şəkillər yüklə

    Bu məhsula hələ rəy yazılmayıb.

    Your experience on this site will be improved by allowing cookies.