logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Crassula Ovata (Pul ağacı)

320.0₼ 0% Fərq 320.0₼

Crassula ovata – ətli və parlaq yaşıl yarpaqlara, qalın oduncaqlı budaqlara sahib olan sukulent növüdür. "Pul Ağacı" olaraq tanınan bu bitki bolluq və uğur simvolu hesab olunur. Yavaş-yavaş böyüyür və düzgün budama ilə bonsai formasına salına bilir. Qulluğu asan və dözümlü olduğu üçün həm ev, həm də ofis üçün ideal seçimdir.

Var

Təxmini Hündürlük
Hazırda: 210-230 sm
 

İşıq Tələbatı
Parlaq dolayı işıqda inkişafı daha yaxşıdır
Günəşin birbaşa səhər və axşam şüalarına davamlıdır
Az işıqda böyümə zəifləyə bilər

Suvarma
Torpaq tam quruduqda suvarılmalıdır
Yayda: 10–14 gündə 1 dəfə
Qışda: 20–25 gündə 1 dəfə
Drenajsız saksılarda su yığılması kök çürüməsinə səbəb ola bilər

Temperatur və Rütubət
18–24°C arası idealdır
Quru şəraitə davamlıdır
Yüksək rütubətə ehtiyac duymaz

Torpaq və Saksı
Sukulent və kaktus torpağı uyğundur
Saksının dibində su çıxışı vacibdir

Budama və Baxım
Tac formasını saxlamaq üçün budama aparıla bilər
Quru yarpaqlar mütəmadi təmizlənməlidir
Yarpaqları vaxtaşırı nəm bezlə silmək tövsiyə olunur

Faydası və Əlavə Məlumat
“Feng shui” fəlsəfəsində uğur və bolluq rəmzi sayılır
Havanı təmizləyən funksiyası vardır
Bonsai tərzində formalaşdırmaq mümkündür

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.